“Azərbaycan Respublikasının 2011-ci il üçün dövlət büdcəsi haqqında” qanun layihəsi gələn həftə Milli Məclisə göndəriləcək
"Azərbaycan Respublikasının 2011-ci il üçün dövlət büdcəsi haqqında" qanun layihəsi gələn həftə Milli Məclisə göndəriləcək. SİA-nın verdiyi xəbərə görə, bu barədə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib.
Parlament seçkilərinə qədər Milli Məclisin payız sessiyasının yalnız iki iclasının keçiriləcəyini xatırladan komitə sədri bildirib ki, bu az müddətdə yalnız layihə müzakirəyə çıxarıla bilər.
Qeyd edək ki, Milli Məclisin payız sessiyasının iki iclası 30 Sentyabr və 8 Oktyabr tarixlərində reallaşacaq. İclasların gündəliyinə 34 məsələ daxildir.
Qeyd edək ki, onlardan 12-si qanun layihəsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB