“Y.M.Luşkovun səlahiyyət müddətinin başa çatmadan işdən azad edilməsi insanların çoxdan gözlədiyi bir sərəncam idi”-Açıqlama

“Y.M.Luşkovun səlahiyyət müddətinin başa çatmadan işdən azad edilməsi insanların çoxdan gözlədiyi bir sərəncam idi”-Açıqlama
Rusiya prezidentin sərəncamı ilə Y.M.Luşkovun səlahiyyət müddətinin başa çatmadan işdən azad olunması Rusiya ictimaiyyəti üçün gözlənilməz və yaxud əslində insanların çoxdan gözlədiyi bir sərəncam idi. Bu barədə SİA-ya açıqlamasında Rusiyanın Novosibirski vilayətində yaşayan tanınmış yazıçı Mirkazım Seyidov deyib. O bildirib ki, Luşkov əslində 18 il müddətində nəinki Moskvanın, hətta Rusiyanın müxtəlif regionlarında çox güclü tendensiya yeridib. Bu gün demək olar ki, Rusiyanın müxtəlif regionlarında sənaye şirkətlərinin moskvalıların əli ilə alınaraq özəlləşdirildiyini deyən M.Kazımovun sözlərinə görə, bütövlükdə Rusiyada böyük şirkətlərin əksəriyyəti moskvalıların, bu və ya digər formada Luşkovun birbaşa adamları tərəfindən idarə olunur və onun əlavəsi olmadan işlərin həyata keçirilməsi mümkün deyil.

"Moskvada müxtəlif siyasətləri həyata keçirən Luşkov artıq özünü Rusiyanın çarı kimi aparmağa başlamışdı. Bu da bir çox siyasətçilərin, biznesmenlərin, hətta sadə insanların haqlı narazılıqlarına səbəb olurdu. Onun vəzifədən bu formada uzaqlaşdırılması, azad edilməsi artıq 3-cü dəfə Rusiya iqtisadiyyatının, dövlətinin gələcək inkişafına təminat yaradacaq bir prosesin başlanğıcıdır. Bu 3-cü dəfə mülkiyyətin bölünməsinə gətirib çıxara bilər", - deyə o əlavə edib.

18 il müddətində Rusiyada baş verən bütün qaynar proseslərdə Y.M.Luşkovun iştirak etdiyini deyən M.Kazımov bildirib ki, rus xalqı ölkənin gələcək inkişafına tam şəkildə nail olmaq, dövlətin maliyyə borclarından qurtarmasını istəyirsə D.Medvedevin bu sərəncamını dəstəkləməlidir. Artıq bunu təmizlənmənin növbəti prosesi kimi adlandırmaq istərdim. Moskvanın meri kim olacaqsa burada artıq mülkiyyətlərin Luşkov dövründə nə qədər düzgün, Rusiya qanunvericiliyə uyğun şəkildə formalaşmasının bütün yoxlamaları aparılacaq. Bu proseslərdə qeyri-qanuni özəlləşmələr, Luşkov tərəfindən dəstək verilən qanunsuz özəlləşmə faktorları ortaya qoyulacaq. Elə burada ictimai-siyasi vəziyyət bir balaca dəyişə bilər. Rusiyada böyük sahibkarların çox hissəsi mafioz strukturlarda adları çəkilən insanlara mənsubdur. Təbii ki, Rusiya bunun getdikcə qanuni formada həlli yollarını tapacaq. Bu həlli yollarından biri də bu gün Luşkovun hakimiyyətdən getməsidir".

Bütün xəbərlər Facebook səhifəmizdə