Əhməd Davudoğlu: “Ermənistan regionda sülh arzusundadırsa Azərbaycanla barışmalı, onun işğal altında saxladığı 20% ərazisini boşaltmalıdır” - AÇIQLAMA

Əhməd Davudoğlu: “Ermənistan regionda sülh arzusundadırsa Azərbaycanla barışmalı, onun işğal altında saxladığı 20% ərazisini boşaltmalıdır” - AÇIQLAMA

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ermənistanın hər ötən gün daha da maliyə cəhətdən geri addımladığını bəyan edib. SİA-nın türk mətbautına istinadən verdiyi məlumata görə, XİN rəhbəri bu fikri Con Kennedi adına Harvard Dövlət İdarəetmə İnstitutundakı çıxışında səsləndirib. Ankaranın Ermənistanla münasibətlərin normallaşdırlması istəyində olduğunu deyən Davudoğlu vaxtilə Türkiyənin Suriya ilə daha pis münasibətlərdə olduğunu, lakin indi bu problemin aradan qalxdığını xatırladıb.

 

Türkiyəli nazir Cənubi Qafqazda münasibətlərin yalnız qarşılıqlı hörmət və anlayış nəticəsində həll oluna biləcəyini və bu baxımdan Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini bəyan edib: "Hər kəs bir-birinin ərazisinə hörmətlə yanaşmalıdır. Ermənistanla Azərbaycan arasında münasibətlərin düzəlməsi vacibdir. Əks halda, tam əməkdaşlıq mümkün olmayacaq. Ermənistan regionda sülh arzusundadırsa Azərbaycanla barışmalı, onun işğal altında saxladığı 20% ərazisini boşaltmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə