Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyasi Təşkilatı (AGAT) 2007-ci il may ayında dövlət qeydiyyatından keçib. SİA-nın məlumatına görə, əsas məqsəd Azərbaycan və Avropa ölkələri arasında elmi-mədəni və sosial-ictimai münasibətlərin gənc nəslin iştirakı ilə ikitərəfli əməkdaşlıq çərçivəsində daha da inkişaf etdirilməsinə nail olmaqdır.
Yarandığı ildən Azərbaycanı Avropa ölkələrində təmsil etmək əsas prioritetlərindən olan AGAT üç il ərzində Avropanın Fransa, Almaniya, Litva, Latviya, Rumıniya, Ukrayna, Moldova, Türkiyə və s. ölkələrdə Azərbaycanın Avropaya inteqrasiya prosesinə töhfə verməyə çalışıb.
29 sentyabr-5 oktyabr, 2010-cu il tarixində Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının 3 gənc fəalı Fransanın Montpelyer şəhərində "Aralıq dənizi ölkələri, Balkan, Qafqaz, Avropa: Gəlin bizə qoşulun" adlı beynəlxalq seminarda iştirak edəcək.
Qeyd edək ki, tədbir Avropa Birliyinin Gənclər Fəaliyyətdə proqramı tərəfindən həyata keçirilir. 6 (altı) gün ərzində keçiriləcək tədbirdə Avropanın doqquz dövlətindən (İspaniya, İtaliya, Fransa, Almaniya, Türkiyə, Rumıniya, Belçika, Yunanıstan, Kipr), Cənub Şərqi Avropanın üç dövlətindən (Makedoniya, Monteneqro, Bosniya-Herseqovina), Qafqazdan (Azərbaycan, Gürcüstan, Ukrayna) və Aralıq dənizi ölkələrindən (Fələstin, Mərakeş, Əlcəzair) gənc mütəxəssislər iştirak edəcəkdir.
Avropa ve Qafqaz ilə bağlı müxtəlif sosial-mədəni xüsusiyyətlər müzakirə olunacaq, mədəniyyətlərarası mübadiləni inkişaf etdirməklə əməkdaşlıq yaradıb yeni şəbəkələrlə gələcək layihələr üzərində iş aparılacaq, iştirakçılar öz fikir, bacarıq və təcrübələrini paylaşacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB