Ana Vətən Partiyasının mətbuat xidməti: "Xəzər Teyyublu getsin, Azərbaycan dövlətçiliyi ilə bağlı biliyini daha da gücləndirsin" - MÖVQE
Ana Vətən Partiyasının (AVP) 7 Noyabr 2010-cu il tarixində keçiriləcək parlament seçkilərində irəli sürdüyü namizədlərin imzatoplama kampaniyası başa çatmaq üzrədir. SİA-ya bu haqda məlumat verən partiyanın mətbuat xidmətinin rəhbəri Babək Hacıyev 13 namizədin bu kampaniyanı başa çatdırdığını deyib. O, digər namizədlərin də həftənin sonuna kimi imzatoplama kampaniyasını başa çatdıracağına güman etdiyini dilə gətirib. B.Hacıyev 60 saylı Salyan-Neftçala seçki dairəsindən namizədliyini irəli sürən AVP sədri Fəzail Ağamalının namizədliyinin qeydə alındığını söyləyib.
Partiyanın qarşıdan gələn parlament seçkilərinə 18 namizəd irəli sürdüyünü deyən AVP-nin mətbuat xidmətinin rəhbəri namizədlərin sayının daha çox olması üçün partiyanın imkanlarının olduğunu bildirib. O, belə bir imkana baxmayaraq partiya Ali Məclisin qərarı ilə 18 namizəd üzərində dayandığını əlavə edib. Namizəd sayının partiyanın malik olduğu imkanları ilə müqayisədə az olmasının səbəbinə gəlincə, B.Hacıyev namizədlərin müəyyənləşdirilməsi zamanı daha şanslı, nüfuzlu namizədlərə üstünlük verildiyini vurğulayıb: "Namizədliyi irəli sürülən şəxslər müvafiq dairələrdə böyük nüfuz sahibləridir. Onların ətrafında geniş seçici kütləsi var. Bu şəxslərin parlamentə düşmə ehtimalının yüksək olduğunu nəzərə alaraq onlaırn namizədliyi üzərində dayandıq".
Seçkilər yaxınlaşdıqda "qara piar" kampaniyasının da genişləndiyini deyən AVP mətbuat xidmətinin rəhbəri təmsil etdiyi partiya və onun sədri F.Ağamalıya qarşı da belə bir kampaniyanın aparıldığını dilə gətirib. O, konkret olaraq Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyası təşkilat komitəsinin rəhbəri Xəzər Teyyublunun F.Ağamalı ilə bağlı dediyi fikirlərə toxunub: "Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının funksioneri Xəzər Teyyublu bir neçə gün bundan əvvəl belə bir açıqlama vermişdi ki, Fəzail Ağamalı seçicilərə pul paylayır. Belə bir açıqlamanı AVP-yə qarşı təxribat, birmənalı olaraq şantaj kimi qiymətləndiririk. Fəzail Ağamalının seçicilərə pul paylamağa ehtiyacı yoxdur. Məsləhət bilərdik ki, Xəzər Teyyublu Azərbaycan dövlətçiliyi ilə bağlı biliyini daha da gücləndirsin. Güman etməsinlər ki, belə bir açıqlama ilə Ana Vətən Partiyasının ətrafında olan insanları çaşdıra biləcəklər. Partiyamız sağlam mübarizənin tərəfdarıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB