"İRƏLİ" İctimai Birliyinin tibb və sağlamlıq istiqamətində olan növbəti layihəsi start götürür. Birlikdən SİA-ya verilən məlumata görə, yeni layihə "Sağlam dişlər, sağlam təbəssüm" adlanır. Layihə çərçivəsində 1 Oktyabr – 20 Oktyabr 2010-cu il tarixində Sabirabad rayonunda 500-dən çox aztəminatlı ailədən olan uşaqların dişləri pulsuz müayinə və müalicə olacaqdır.
1 Oktyabr tarixindən etibarən səyyar diş klinikasının həkim heyəti Sabirabad rayonunda gündə təxminən 20 nəfərdən çox uşağın dişlərinin müalicəsini həyata keçirəcəkdir.
Bundan başqa müayinədən və müalicədən keçmiş hər bir uşağa diş fırçası və diş məcunundan ibarət sağlamlıq paketi hədiyyə olunacaqdır. Buna əlavə olaraq, müayinə aparacaq həkimlər Sabirabad rayonunun müxtəlif yerlərində əhaliyə konsultasiyalar keçəcəkdir.
Qeyd edək ki, "İRƏLİ" İctimai Birliyinin Sabirabad rayonunda yerləşən regional qərargahı vasitəsi ilə 1 oktyabr tarixindən etibarən tibb-sağlamlıq, idman, təhsil, uşaqlara qayğı, gənclərin inkişafı və digər istiqamətlərdə 20-dən çox iri miqyaslı layihənin reallaşdırılmasına start verir.
Artıq 2009-2010-cu illər ərzində Azərbaycanın digər regionlarında, o cümlədən Sabirabadda "İnformasiya Texnologiyaları Akademiyası", "Sənin səsin-sənin bələdiyyən", "Liderlik məktəbi", "İnsan kapitalının inkişafı yönümlü təlimlər" və digər layihələr uğurla reallaşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB