“Abşeron” yarimstansiyasının dayanıqlığı möhkəmləndirilib

“Abşeron” yarimstansiyasının dayanıqlığı möhkəmləndirilib
"Yaşma" yarımstansiyasında yerləşən xətt birbaşa artıq kəsilməklə 500 kilovoltluq "Abşeron" yarımstansiyasında tikilmiş yeni bölməyə daxil edilib və oradan çıxaraq 8-ci "Abşeron" hava xətti vasitəsilə "Yaşma" yarımstansiyasına ötürülür. SİA-nın məlumatına görə, bu əsas generasiya güclərinin mərkəzləşdiyi Mingəçevir şəhərindən "Abşeron" yarımstansiyasına iki xətt gəlir və hər birinin uzunluğu 250 kilometr olan 330 və 500 kilovoltluq "Abşeron" xətlərindən ibarətdir. Həmin xətlər relyef baxımından mürəkkəb olan Ağsu aşırımı və Şamaxı dağlarından keçir. Onu da qeyd edək ki, güclü külək və ya qasırğalar baş verdikdə, təsadüfi hallarda xətlərdən birində açılmalar qeydə alınır. Bu halda, digər xətt daha çox yüklənməyə məruz qalırdı. Bu da paytaxtın və ümumilikdə Abşeron yarımadasının dayanıqlı elektrik enerjisi təminatında problemlərə yol aça bilirdi. Yeri gəlmişkən, həmin ərazinin enerji təminatına xidmət göstərən 8 ədəd 220 kilovoltluq xətt var. Bunların da hamısı "Abşeron" yarımstansiyasından paylanır. Onu da qeyd edək ki, artıq 4-cü "Şirvan" hava xəttinin "Abşeron" yarımstansiyasına giriş-çıxışı təmin olunduqdan sonra təsadüf nəticəsində Mingəçevirdən gələn xətlərdə problem yaranıb.Bu cür problemlər zamanı enerjinin ötürülməsi "Yaşma" xətti ilə 8-ci "Abşeron" xəttinin əlaqələndiyi "Dərbənd" hava xətti və ya "Sumqayıt Elektrik Stansiyası" vasitəsilə təmin oluna bilər. Bu isə "Abşeron" yarımstansiyasının dayanıqlığının daha da artması deməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə