Ərdoğanın Nyu Yorkdakı çıxışına etiraz edənlər saxlanılıb VİDEO-FOTO

Ərdoğanın Nyu Yorkdakı çıxışına etiraz edənlər saxlanılıb VİDEO-FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nyu Yorkdakı çıxışına etiraz edən 5 nəfər saxlanılıb. SİA-nın məlumatına görə, R.T.Ərdoğan Türkiyə-ABŞ Milli Komitəsinin tədbirində çıxış edən zaman bir kişi "Sən terrorçusan. Mənim ölkəmdən rədd ol" deyə, qışqırıb. Bundan sonra zalda dava düşüb.

Nyu York polisi 5 nəfərin saxlandığını, lakin onların həbs edilmədiyini bildirib. Xəsarət alan yoxdur.

Rəsmi Ankara insidentin ABŞ hakimiyyətinin təhlükəsizlik tədbirləri görməkdən imtina etməsinə görə baş verdiyini bəyan edib.

Türkiyə mətbuatı etiraz edənlərin PKK terror təşkilatının üzvləri olduğunu yazır.

Bütün xəbərlər Facebook səhifəmizdə