“Qarabağ” siyasi partiyalar blokunun 30 namizədi imzatoplama kampaniyasını davam etdirir
"Qarabağ" siyasi partiyalar blokunun 7 Noyabr 2010-cu il tarixinə təyin edilmiş parlament seçkilərinə irəli sürdüyü namizədlərin əksəriyyəti imzatoplama kampaniyasını başa çatdırıb. SİA-ya bu haqda Azərbaycan Demokrat Partiyasının (ADP) sədr müavini Taliyyət Əliyev məlumat verib.
Təxminən 30 namizədin imzatoplama kampaniyasını davam etdirdiyini deyən ADP funksioneri bu həftənin sonu, ya da gələn həftənin ilk günlərində kampaniyanı yekunlaşdıracağını bildirib. ADP-nin sədr müavini blok tərəfindən irəli sürülən namizədlərin sayında da hər hansı bir dəyişikliyin olmadığını söyləyib.
Qeyd edək ki, "Qarabağ" siyasi partiyalar blokununda ADP ilə yanaşı, Ümid və Aydınlar partiyaları təmsil olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB