"Sarkisyanın quldur, cani olduğu BMT-yə məlumdur" MÖVQE

"Sarkisyanın quldur, cani olduğu BMT-yə məlumdur" MÖVQE

"Serj Sarkisyanın quldur, cani olduğu BMT-yə məlumdur. Bu şəxs Xocalı soyqırımının törədilməsində birbaşa iştirak edən səhra komandiridir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov BMT Baş Assambleyasının 72-ci sessiyasında Serj Sarkisyanın çıxışına münasibət bildirərkən deyib.

Düşmən ölkə prezidentinin BMT sessiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlərin cəfəngiyyat olduğunu deyən deputat söyləyib ki, Azərbaycan həqiqətlərinin qarşısında Sarkisyanın BMT kürsüsündə danışdığı sərsəm fikirlərin heç bir hüquqi əsası yoxdur: "Azərbaycanın BMT-yə hansı ərazi ilə daxil olması təşkilatda var. Yəni bütün bu faktların qarşısında düşmən ölkə prezidentinin danışdığı şər-böhtandır. Sarkisyan utanmadan işğal etdikləri ərazidə yeni bir erməni dövləti yaratmaq istədiklərini BMT kürsüsündən elan edir. Mən inanıram ki, Ermənistan prezidentinin bu cür sayaqlamaları BMT rəhbərliyi tərəfindən qanuni qiymətləndiriləcək".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə