İlham Əliyev BMT tribunasından: “Dağlıq Qarabağ Azərbaycanın tarixi və qədim torpağıdır" VİDEO

İlham Əliyev BMT tribunasından: “Dağlıq Qarabağ Azərbaycanın tarixi və qədim torpağıdır" VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışında çıxış edib

Sentyabrın 20-də Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışı olub. SİA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birincı xanım Mehriban Əliyeva və Leyla Əliyeva tədbirdə iştirak ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışında çıxış edib.

Prezident bildirib ki, 25 ildən çoxdur ki, Ermənistan Azərbaycanın 20%-ni Dağlıq Qarabağ və onun ətrafında olan 7 rayonu işğal edib: “Dağlıq Qarabağ Azərbaycanın tarixi və qədim torpağıdır. Ermənistanın təcavüzü nəticəsində beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan torpaqlarının təxminən 20 faizi işğal altındadır.

Bir milyondan çox Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkündür. Ermənistan bu ölkədə, həmçinin Dağlıq Qarabağ və onun ətrafında olan yeddi rayonda azərbaycanlılara qarşı etnik təmizlimə siyasəti yerinə yetirir. Ermənistan Xocalıda azərbaycanlılara qarşı soyqırım törədib. Xocalı soyqırımı artıq 10-dan çox ölkədə soyqırım kimi tanınır.

İnsanlığa qarşı törədilən bu müharibə kriminallarından biri də hazırda Ermənistan prezidentidir. Nüfuzlu beynəlxalq təşkilatlar Ermənistan qoşunlarının işğal olunan torpaqlarından çıxarılmasını nəzərdə tutan qətnamələr qəbul ediblər. 1993-cü ildə qəbul edilən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi vardır ki, erməni işğalçı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasını tələb edir

İƏT, Avropa parlamenti kimi digər beynəlxalq təşkilatlar da buna bənzər qərarlar və qətnamələr qəbul ediblər. Lakin Ermənistan buna məhəl qoymur. Ermənistan artıq 24 ildir ki, BMT TŞ qətnamələrini həyata keçirmir və çox təəssüflər olsun ki, buna görə cəzalandırılmır. Bəzi hallarda BMT TŞ qərarları bir neçə günə həyata keçirilir. Bizim halda isə artıq 24 ildir ki, qətnamələr həyata keçirilmir. Bu ikili standartlardır və qəbul olunmazdır. Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq olunmalıdır. Ermənistan status-kvonu dəyişməmək üçün əlindən gələn hər şeyi edir.

ATƏT-in Minsk qrupunun həmsədr ölkələri - Fransa, ABŞ və Rusiya öz bəyanatlarında vurğulayıbklar ki, status-kvo qəbuledilməzdir. Təcavüzkara qarşı beynəlxalq təzyiq yoxdur. Ermənistan diktatorluğuna qarşı heç bir sanksiya tətbiq olunmayıb. Bu cür yanaşma dayandırılmalıdır. Bu cür yanaşma Ermənistanın öz terror siyasətini davam etdirmək illüziyasını yaradır”.

İlham Əliyev çıxışında qeyd edib ki, ötən ilin aprelində Ermənistan daha bir cinayət törədib: "Nəticədə Azərbaycanın 6 dinc sakini öldürülüb. Onlardan biri körpə idi. 26 Azərbaycan vətəndaşı yaralanıb, 100-lərlə ev dağıdılıb”.

Prezidentin sözlərinə görə, Azərbaycan öz vətəndaşlarını qorumağa məcbur oldu: “Cavab hücumu ilə Azərbaycan Ordusu işğal olunmuş ərazilərin bir hissəsini azad edib və bayrağını həmin ərazilərdə ucaldıb. Ermənistan rəhbərliyi bu dərsi unutmamalıdır. Əks halda, növbəti təxribatın cavabı daha ağrılı olacaq”.

Dövlət başçısı əlavə edib ki, Ermənistan ordusu Azərbaycanın kəndlərinə hücum edir: “Bu ilin iyulunda hədəfli hücum nəticəsində Füzuli rayonunun Alxanlı kəndinə edilən hücum zamanı 2 nəfər - 2 yaşlı Zəhra Quliyeva və onun nənəsi qətlə yetirilib. Beynəlxalq ictimaiyyət erməni terrorizmini və faşizmini dayandırmalıdır. Azərbaycan münaqişənin həllində sülh yoluna sadiqdir. Lakin erməni hərbi təxribatı davam edərsə, Azərbaycan öz əhalisini müdafiə edəcək.

Lazım gəlsə, ötən ilin aprel ayında olduğu kimi, Ermənistan yenə cəzalandırılacaq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn prinsipləri və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll olunmalı, Azərbaycanın ərazi bütövlüyü tamamilə bərpa edilməlidir”.

Ölkə başçısının sözlərinə görə, Azərbaycan BMT-nin aktiv üzvüdür və 2012-ci ildə Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib: “155 ölkə Azərbaycanın lehinə səs verdi. 25 illik tarixi olan bir ölkə üçün bu böyük uğur idi. Üzv ölkələrin böyük əksəriyyəti Azərbaycan və onun siyasətinə dəstək göstərdilər. Demokratiyanın inkişafı, insan haqlarının müdafiəsi hökumətimizin əsas prioritetləri sırasındadır. Azərbaycanda fikir, söz, sərbəst toplaşma və dini azadlıqlar da daxil olmaqla bütün fundamental azadlıq tam təmin edilir. Azərbaycan dünya tərəfindən multikulturalizmin mərkəzi kimi tanınmış ölkələrdən biridir. Multikulturalizm Azərbaycanın dövlət siyasətidir”.

Dövlət başçısı bildirib ki, bütün etnik və dini qrupların nümayəndələri Azərbaycanda sülh və harmoniya şəklində yaşayır: “2016-cı ildə Azərbaycanda Multikulturalizm ili, 2017-ci ildə İslam Həmrəylik ili elan olunub. Demək olar ki, heç milli azlığın yaşamadığı və ksenofobiyanın dövlət siyasəti olduğu monoetnik Ermənistandan fərqli olaraq, Azərbaycan multietnik ölkədir. Mədəni, dini və etnik fərlilik bizim cəmiyyətimizin böyük aktividir. İslamafobiyanın pik həddə çatdığı Ermənistan vandalizm aktları həyata keçirərək, işğal olunmuş Azərbaycan ərazilərdəki bütün məscidlərimizi dağıdıb. Azərbaycanın dinlərarası dialoqu genişləndirmək üçün bir sıra beynəlxalq tədbirlər keçirib”.

Bütün xəbərlər Facebook səhifəmizdə