HDQ-də Rusiya hərbi gəmilərinin heyətləri ilə görüş keçirilib

HDQ-də Rusiya hərbi gəmilərinin heyətləri ilə görüş keçirilib

Dostluq səfəri ilə ölkəmizdə olan Rusiya Federasiyası Xəzər Flotilyasının hərbi gəmilərinin heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndələri ilə işçi görüşü keçirib. SİA-nın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Hərbi Dəniz Qüvvələrinin qərargahında keçirilən görüşdə Azərbaycan Hərbi Dəniz Qüvvələri ilə Rusiya Federasiyası Xəzər Flotilyası arasında dostluq münasibətləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə