78 seçki dairəsi üzrə 121 nəfərin namizədliyi qeydə alınıb

78 seçki dairəsi üzrə 121 nəfərin namizədliyi qeydə alınıb

Dördüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə 2010-cu il noyabrın 7-nə təyin edilmiş seçkilərdə 125 seçki dairəsi üzrə 1231 nəfərin namizədliyi təsdiq edilib. SİA-ya Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, onlardan 1167 nəfər imza vərəqələri götürüb.

 

İmza vərəqələri götürənlərdən 269 nəfəri imza vərəqələrini və digər zəruri sənədləri dairə seçki komissiyalarına təhvil verib. Məlumatda deyilir ki, 78 seçki dairəsi üzrə 121 nəfərin namizədliyi qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə