Kəngərli rayonunda sosial obyektlər istifadəyə verilib

Kəngərli rayonunda sosial obyektlər istifadəyə verilib

Yeni Kərki kəndində sosial obyektlər istifadəyə verilib.

SİA-nın məlumatına görə, Kəngərli rayon İcra hakimiyyətinin başçısı Ramiz Cəfərov məktəbin açılış mərasimində çıxış edərək rayonda aparılan quruculuq işləri barədə məlumat verib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Yeni Kərki kənd məktəbinin, kənd mərkəzinin, məişət evinin, feldşer-mama məntəqəsinin istifadəyə verilməsi münasibətilə məktəbin kollektivini, kənd sakinlərini təbrik edib.

Ali Məclisin sədri kəndlərimizin abadlaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini, onların telefonlaşdırıldığını, qazlaşdırıldığını, yollarının abadlaşdırıldığını, səhiyyə ocaqları tikildiyini, kənd təsərrüfatında istehsal olunan məhsulların satışı üçün bazarda lazımi şəraitin yaradıldığını vurğulamış, belə tədbirlərin kəndlərimizin daha da möhkəmlənməsinə, məskunlaşmanın artmasına, insanların rahat yaşamasına imkan verdiyini bildirib.

Qeyd olunub ki, ölkə başçısının sərəncamları ilə təhsil, səhiyyə və digər sahələrdə çalışanların əməkhaqlarının artırılması, onların əməyinin qiymətləndirilməsi, yaşayışları üçün lazımi şəraitin yaradılması insanların rifahının gündən-günə yaxşılaşmasına imkan verir. Bütün bunlar isə dövlət və əhalinin birliyindən qaynaqlanır. Bu gün dövlət və əhalinin birliyindən ölkəmiz fayda görür, müstəqilliyimiz möhkəmlənir.

Açılışı bildirən lent kəsilmiş, yeni məktəb binasına baxış keçirilib.

Sonra Ali Məclisin sədri Kənd Mərkəzinin, Məişət evinin və feldşer-mama məntəqəsinin açılışlarında da iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə