Çexiya Respublikası Senatının Avropa İttifaqı məsələləri komitəsinin sədri Ludek Sefziqin rəhbərlik etdiyi nümayəndə heyəti İçərişəhərlə tanış olub. SİA-nın məlumatına görə, çexiyalı qonaqların İçərişəhərdə gəzintisi YUNESKO-nun "Dünya İrsi Siyahısı"na daxil edilmiş, ölkəmizin ən möhtəşəm abidələrindən olan Qız qalası ilə tanışlıqla başlanıb. Sıratağlı dini-memarlıq kompleksinin ("Bazar Meydanı") ərazisindəki daş ekspozisiyanın yenidən təşkili işləri qonaqların marağına səbəb olub.
Buxara Karvansarası ilə tanış olan qonaqlara bu abidənin Azərbaycanın Şərq ölkələri ilə zəngin tarixi, iqtisadi-mədəni əlaqələrinin göstəricisi olduğu bildirilib. Gəzinti Qoşa Qala meydanı ilə tanışlıqla davam etdirilmiş, qonaqlara meydan və burada yerləşən qədim binaların inşa tarixi barədə məlumat verilib.
İçərişəhərlə tanışlıq Azərbaycan xalqının mədəni irsinin incisi, dünya əhəmiyyətli tarixi abidə olan "Şirvanşahlar Sarayı Kompleksi" ilə yekunlaşmış və qonaqlar kompleksə daxil olan abidələrin hər birinin memarlıq xüsusiyyətləri haqqında məlumatları maraqla dinləyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB