Azərbaycan-Vyetnam əlaqələri sürətlə inkişaf edir

Azərbaycan-Vyetnam əlaqələri sürətlə inkişaf edir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun başçılığı ilə nümayəndə heyətinin Vyetnam Sosialist Respublikasına rəsmi səfəri uğurla başa çatıb. SİA-nın verdiyi məlumata görə, səfərdə nümayəndə heyətinin tərkibində Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyasının üzvü Rauf Əliyev iştirak edib.

Rəsmi səfər çərçivəsində nazir Elmar Məmmədyarovun Vyetnam Sosialist Respublikasının Baş Naziri Nquyen Xuan Fukla, Milli Assambleyanın sədr müavini Uonq Cnu Luu ilə, xarici işlər naziri Fam Binh Minhlə, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun və Daimi Katibliyinin üzvü Trank Quok Vnonqla və Vyetnamın Sənaye və Ticarət naziri, Azərbaycan-Vyetnam Hökumətlərarası Birgə Komissiyasının həmsədri Tran Tuan Anh ilə görüşləri keçirilib. Bütün görüşlər yüksək işgüzarlıq şəraitində keçib.

İki ölkənin xarici işlər nazirlərinin görüşündə nazirlər Azərbaycan və Vyetnam arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə dair hər iki dövlətin başçıları tərəfindən ünvanlanmış təbrik məktublarını təqdim ediblər. Azərbaycan və Vyetnam arasında iqtisadi, ticarət, təhsil sahəsində əməkdaşlıq məsələləri, bu əlaqələrin genişlənməsi üçün potensialın olduğu o cümlədən Azərbaycanın neft avadanlığı istehsal edən müvafiq şirkətlərinin məhsullarının Vyetnam bazarına çıxarılması imkanları müzakirə edilib. Azərbaycanın təşəbbüsü ilə və biləvasitə iştirakı ilə həyata keçirilən Şimal-Cənub və Şərq-Qərb dəhlizləri barədə məlumat verilib, Şimal-Cənub nəqliyyat dəhlizinin Vyetnamın ixrac məhsullarının Avropa bazarına çıxarılması üçün əlverişli imkanların aça biləcəyini diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi barəsində məlumat verərək, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin Ermənistan tərəfindən hələ də yerinə yetirilmədiyi və Ermənistan hərbi qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində mövcudluğunun münaqişənin həllinə əsas maneə olduğu bildirilib.

Yeni Azərbaycan Partiyası ilə Vyetnam Komunist Partiyası arasında, eləcədə iki ölkənin parlamentləri arasında əlaqələrin uğurla inkişaf etdiyi qeyd olunub.

Səfər çərçivəsində Azərbaycan və Vyetnam arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi ilə əlaqədar sentyabrın 13-də Azərbaycan Respublikasının Vyetnamdakı səfirliyi və Vyetnam Diplomatik Akademiyasının birgə təşkilatçılığı ilə “Vyetnam-Azərbaycan əlaqələrinin 25 illiyi: naliyyətlər və peresprktivlər” mövzusunda konfrans keçirilib. Konfransda çıxış edən nazir Elmar Məmmədyarov iki ölkə arasında əlaqələrin inkişafında 1959-cu ildə Vyetnam Sosialist Respublikasının sabiq Prezidenti Ho Şi Minin Azərbaycana səfərini, 1983-cü ildə Azərbaycan Xalqının ümumimilli lideri Heydər Əliyevin SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində işləyərkən Vyetnama səfərini xüsusi qeyd edib.

Elmar Məmmədyarov 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnama, 2015-ci ildə isə Vyetnam Sosialist Respublikasının Prezidenti Çionq Tan Şanqın Azərbaycana səfərlərinin ikitərəfli əlaqələrin inkişafına ciddi təkan verdiyini diqqətə çatdırıb. İki ölkənin hakim patriyaları və parlamentləri arasında sıx əməkdaşlığa toxunan nazir humanitar sahələrdə ikitərəfli əməkdaşlığın inkişafını yüksək qiymətləndirib.

Tədbirdə Vyetnam Xarici İşlər nazirinin müavini Bui Tanq Son, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının sədri Nghiem Vu Khai, Milli Məclisin üzvü Rauf Əliyev, Vyetnam Milli Assmbleyasının Xarici Əlaqələr Komitəsinin sədr müavini Nqo Duk Man və digər şəxslər çıxış ediblər. Vyetnam Xarici İşlər Nazirliyi, Vyetnam Kommunist Partiyası və digər dövlət təşkilatlarının rəsmiləri, parlamentin üzvüləri, gənclər təşkilatlarının nümayyəndələri, vaxtı ilə Azərbaycan Ali Məktəblərini bitirən vyetnamlı məzunlar, universitetlərin, habelə diplomatik korpusun təmsilçiləri tədbirdə iştirak etmişlər.

Keçirilən görüşlər və konfrans Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanovun rəhbərliyi ilə diplomatik korpusun əməkdaşları tərəfindən çox yüksək səviyyədə təşkil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə