Səbail rayon Veteran Təşkilatları Şurasının konfransı keçirilib
Səbail rayon Veteran Təşkilatları Şurasının XII hesabat-seçki konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransı Səbail rayon Veteran Təşkilatları Şurasının sədri, Sosialist Əməyi Qəhrəmanı Ömər Ağayev açdıqdan sonra hesabat məruzəsilə çıxış edib, Şura tərəfindən son 2 il ərzində görülmüş işlər və keçirilmiş tədbirlər barədə ətraflı məlumat verib.
Bildirilib ki, təşkilat üçün ən əlamətdar hadisələrdən biri 20-ci yaşayış sahəsində yaradılmış "Veteran Neftçilər Klubu" olub. Şuranın qərargahı rayon İcra Hakimiyyəti tərəfindən əsaslı təmir olunaraq lazımı avadanlıqlarla təchiz olunub.
Konfransda çıxış edənlər hesabat dövründə iştirakçısı olduqları tədbirlər, görülən işlər, qarşıda duran vəzifələr barədə danışmış, rayonda veteranlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov konfransda çıxış edərək bildirib ki, ulu öndərimiz Heydər Əliyev hər zaman veteranlara xüsusi diqqət və qayğı ilə yanaşmış, onları bizim ən əziz və ən mötəbər insanlarımız adlandırıb. O, qeyd edib ki, veteranlarımızın böyük həyat təcrübəsi, onların keçdikləri döyüş yolu və əmək nailiyyətləri, ölkənin xalq təsərrüfatının bir çox sahələrində qazandıqları uğurlar bugünkü gənclik üçün örnək və vətənpərvərlik məktəbidir.
A.Əsgərov rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup veterana rayon İcra Hakimiyyətinin hədiyyələrini təqdim edib.
Konfransda Səbail rayon Veteran Təşkilatları Şurasının Plenum və Rəyasət heyətinin yeni tərkibi seçilmiş, konfrans nümayəndələri adından Azərbaycan Respublikaının prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
Ömər Ağayev yenidən Səbail rayon Veteran Təşkilatları Şurasının sədri seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB