İsraildəki görüşdən İrəvana mesaj ŞƏRH

İsraildəki görüşdən İrəvana mesaj ŞƏRH

Azərbaycan İsrailin əsas silah alıcısı olaraq qalır

Ermənistanın Azərbaycan-İsrail münasibətlərinə hesablanan siyasəti tam şəkildə iflasa uğradı. Artıq bunu əminlikə söyləmək olar. İşğalçının çirkin şəkildə Təl-Əviv Bakı mütəffiqliyinə qarşı apardığı qərəzli kompaniya Zakir Həsənovun yəhudi dövlətinə səfəri ilə neytrallaşdırıldı.

Müdafiə Nazirinin səfəri göstərdi ki, İsrail dövəti Azərbaycanla sıx münasibətlərin davam etdirilməsində, ələxsus iki dövət arasında əlaqələrin daha da irəliyə aparılmasında maraqlıdır. Zakir Həsənov Aviqdor Liberman görüşü yaranmış bütün suallara aydnlıq gətirdi. İsrail dövləti Azərbaycana olan marağını, Bakıya qarşı isti münasibətini bu dəfə açıq şəkildə bildirdi. Həsənovun Təl-Əviv təmasları Bakının qarşıya qoyduğu hədəfə çatdırıb.

Benyamin Netanyaxu, Aviqdor Liberman başda olmaqla yəhudi rəhbərləri dəfələrlə Bakıda olmuş, prezident İlham Əliyevlə görüşmüş, qısası Azərbaycandan xoş təssüratlarla ayrılmışdılar. Məhz iki ökənin prezidentləri arasında mövcud olan qaşılıqlı inam İsrailin Azərbaycanın istəyini göz ardı etməməsində vacib məqamdı. Təl-Əvivdə Zakir Həsənov bu dövlətin ən son silah istehsalı müəssisələri ilə tanış oldu, Müdafiə Naziri ətraflı məlumatlandırıldı. Üstəlik bu dəfə ki, razılaşma daha strateji xarakter daşıyır. İsrail Azərbaycana uzun müddətli silah satışını həyata keçirəcək. Artıq Bakıya yeni silahların nümunələri də gətirilib. Söhbət “Elbit Systems” yeni nəsil avtomatik minomyotların nümunələrindən gedir. Yeni minomyot avtomatik şəkildə döyüş hazırlığı vəziyyətinə gəlmə, koordinatların hesablanması və yönəldilməsi funksiyasına malikdir. Eyni zamanda o, “Spear” idarə olunan minalarla 10 km-dək olan məsafədə hədəfləri vurmaq qabiliyyətindədir. Bu Azərbaycanın İsraildən alacağı ilkin texnikalardır. Bir sözə Bakı Təl-Əviv münasibətləri yeni mərhələsinə qədəm qoyur.

Sössüz ki, İsrail-Azərbaycan əlaqələri Ermənistanda narahatlıqa izənilməkdədir. İrəvan nə qədər çalışdısa münasibətlərin gələcək presspektivinə kölgə sala bilmədi. Erməni lobbisi belə Bakı-Təl Əviv strategi tərəftaşlıq əlaqələrində aciz vəziyyətdə qaldı. Ermənistan tərəfi artıq məğlubiyyətini etiraf edir. Erməni siyasi şərhçilər tərəfindən Bakının xarici siyasət xəttinin İrəvanı növbəti dəfə çıxılmaz vəziyyətə düşürdüyü bildirilir. Bir çox siyasi prosseslərdə ancaq seyirci mövqeyində qalan işğalçı yenə də eyni aqibətlə üzləşib.

Ən mühümü Azərbaycanın düşmənə verdiyi mesajdır. Bakı Təl-Əvivdən istənilən silahı almaq iqtidarındadır. Ümuumiyyətə İsrail - Azərbaycan dostluğunu bir sıra vacib faktorlar bağlayır. Bakıda yaşayan və ya yaşamış yəhudilərin Azərbaycan sevdası, müsəlman ölkə olaraq yəhudilərə tolerant münasibətimiz və s kimi şərtlər iki dövət arasında etibarlı tərəftaş amilini gücləndirən səbəblər sırasındadır. Elə Aleksndr Lapşinin məhz İsrailə göndərilməsi də Azərbaycanın bu dövətə növbəti jesti kimi qiymətləndirilir.

Qısası nəticə dəyişmir. İstər ikili münasibətlərdə, istərsə də beynalxalq müsətvidə Azərbaycanla İsrail bir-birinin maraqlarını qorumağa hazırdır. Yəni Bakı diplomatiyası öz qələbəsini qeyd edir.

İ.Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə