Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətimizin üzvü Rafael Hüseynov qurumun Mədəniyyət, elm, təhsil və media Komitəsinin iclasında iştirak etmək üçün sentyabrın 21-dən 24-dək Parisdə səfərdə olacaq. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, komitə iclasında bir sıra aktual məsələlərə baxılacaq.
Mediada redaktənin dəqiqliyinə, beynəlxalq səviyyədə idmanda, o cümlədən futbolda yaxşı idarəetmənin vacibliyinə diqqət yönəldiləcək. Bu ilin payızında Strasburqda keçiriləcək “Dünya Demokratik Forumu”na hazırlıqla bağlı müzakirələr aparılacaq.
Rafael Hüseynov müzakirələrdə yaxından iştirak edəcək, təkliflərini bildirəcək.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB