Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) 7 Noyabr 2010-cu il tarixinə təyin edilmiş parlament seçilərinə irəli sürdüyü namizədlərdən 20-yə qədəri imza vərəqələrini dairə seçki komissiyalarına təhvil verib. SİA-ya bu haqda AMİP-in seçki məsələləri üzrə katibi Rəşad Bayramov məlumat verib. O, 53 saylı Quba-Qusar seçki dairəsindən namizədliyi irəli sürülən Rufiz Qonaqovun namizədliyini qeydə alındığını bildirib.
İmzatoplama kampaniyasının müəyyən pozuntularla davam etdiyini deyən R.Bayramov partiyanın namizədlər siyahısına yeni adların əlavə olunması məsələsinin də hələlik gündəlikdən çıxarıldığını söyləyib. O, bunun vaxtın azlığı ilə bağlı olmadığını qeyd edib: "Onsuz da imza toplayan namizədlərimiz müəyyən təzyiqlərlə qarşılaşır. Yeni namizədləri müəyyənləşdirərək onların da problemlərlə qarşılaşmasını istəmirik".
Qeyd edək ki, AMİP 70 nəfərin namizədliyini irəli sürüb. R.Bayramov bir neçə gün əvvəl əməkdaşımıza bildirmişdi ki, partiyanın Mərkəzi Şurası tərəfindən daha 6-7 nəfərin namizədliyi təsdiq edilərək sənədləri tez bir zamanda seçi dairələrinə təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB