Səfər Əbiyev BQXK-nın Şərqi Avropa və Mərkəzi Asiya üzrə əməliyyatların rəhbəri ilə əsir və meyitlərin qaytarılması məsələsini müzakirə edib

Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev sentyabrın 28-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Şərqi Avropa və Mərkəzi Asiya üzrə əməliyyatların rəhbəri xanım Paskal Mej Vaqneri qəbul edib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, S.Əbiyev BQXK ilə əlaqələrin genişləndirilməsini diqqətə çəkərək bildirib ki, bu beynəlxalq qurumun indiki zamanda fəaliyyətini daha da gücləndirməsinə və öz missiyasına uyğun olaraq müharibə qurbanlarının vəziyyəti ilə daha yaxından məşğul olmasına böyük ehtiyac yaranıb.

 

Görüş zamanı S.Əbiyevlə xanım Paskal Mej Vaqner arasında əsirlərin qaytarılması məsələsi də müzakirə olunub. S.Əbiyev iki Azərbaycan hərbçisinin meyitinin geri alınması üzərində xüsusilə dayanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...