“Bloqosfer 2010 Forumu” blokçuluğun inkişafı üçün təkliflər hazırlayıb - TƏDBİR

“Bloqosfer 2010 Forumu” blokçuluğun inkişafı üçün təkliflər hazırlayıb - TƏDBİR

"Bloqosfer 2010 və yeni media mütəxəssislərinin I forumu"nun nəticələri ilə bağlı tədbir keçirilib. SİA-nın məlumatına görə, sentyabr ayının 10-12-də Nabranda "İnformasiya Texnologiyaları, İnternet və Media" İctimai Birliyi, Barkamp Azərbaycan və Azərbaycan İnternet Forumunun təşkilatçılığı ilə keçirilən forumdan sonra forumun Təşkilat Komitəsi tərəfindən müvafiq dövlət, bisnes, beynəlxalq qurumlara, QHT-lər, blokçular, o cümlədən bütün internet ictimaiyyətinin diqqətinə çatdırılmaq üçün 20 təklif hazırlanıb.

 

Layihənin koordinatoru Azər Nəzərov forumun birinci günü iştirakçılar tərəfindən 18 mövzunun müzakirələr üçün təklif olunduğunu bildirib. O, gizli səsvermə ilə yeddi mövzunun işçi qruplarında müzakirə üçün haqq qazandığını qeyd edib. Forumda "Blokçular jurnalstdirmi və blokçuların hüquqları", "Blok və reklam", "Blokçuların etik normaları, dezinformasiya", "Bloklarda mövzu seçimi məsələsi, davamsızlıq", "Blokçular və regionlar", "Bloklarda Azərbaycan dili, translit, şivə" və "Multimedia bloggerliyin inkişafı və yeni medianın yeni alətləri" mövzularının müzakirə edildiyini vurğulayan A.Nəzərov müzakirələrin sonunda bir sıra nəticələrə gəldiyini söyləyib. O, bu nəticələrdən çıxış edərək forumun Təşkilat Komitəsi tərəfindən təkliflərin hazırlandığını vurğulayıb: "Forumun sonunda Azərbaycanın reklam sektorunda bloklara marağın az olması, regionlarda blokçuluğun aşağı səviyyədə olması, bloklarda və digər yeni media növlərində Azərbaycan dilinin qaydalarına tam riayət olunmaması, bloklarda multimedia imkanlarından düzgün və geniş istifadə olunmaması, bloklarda davamsızlıq problemlərinin mövcud olduğuna dair nəticələrə gəldik. Blokçuluqla bağlı ortada olan problemləri aradan qaldırılmasına kömək etmək üçün 20 təklif hazırlamışıq".

 

Qeyd edək ki, forum Acıq Cəmiyyət İnstitunun Yardım Fondu, ABŞ-ın Azərbaycandakı səfirliyi ilə yanaşı "Gənc Blokçular Şəbəkəsi" layihəsinin tərkib hissəsi kimi USAİD Konterpart Beynəlxalq təşkilatının Vətəndaş Cəmiyyəti layihəsi çərçivəsində də dəstəklənib.

Bütün xəbərlər Facebook səhifəmizdə