"Gəncədə taksi fəaliyyəti ilə məşğul olan sahibkarları vergiyə cəlb etmək ciddi problemə çevrilib"
Gəncə şəhər 1 saylı Nəqliyyat Departamenti növbəti genişmiqyaslı reydlərə başlayır. Qurumun rəisi Şəmistan Nağıyevin SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, bu dəfəki yoxlamalarda taksi və digər sahibkarlıqla məşğul olan nəqliyyat vasitələrini vergiyə cəlb edilməsini təmin etməkdir. Ayrıca avtomobilinə artıq yük vuran sürücülər də yoxlamalardan öz nəsibini alacaq.
"Gəncə şəhərində təxminən 2 mindən çox taksi fəaliyyəti ilə məşğul olan sahibkar var. Ancaq bu şəxsləri vergiyə cəlb etmək bu gün ciddi problemə çevrilib. Yaranan problemin aradan qalıdrılması istiqamətində təxirəsalınmaz tədbirlər görsəkdə bu qismən nəticə verib", deyə Ş. Nağıyev bildirib.
Əlavə edək ki, yoxlamalara Gəncə Dövlət Yol Polisinin işciləridə cəlb ediləcək .
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB