Ludik Şefçikin: "Biz xarici siyasətimizi Şərqə yönəltməkdən məmnunluq duyuruq”

Ludik Şefçikin: "Biz xarici siyasətimizi Şərqə yönəltməkdən məmnunluq duyuruq”

Ötən gün ölkəmizə səfərə gələn Çexiya Respublikası senatının Avropa Birliyi məsələləri komissiyasının sədri Ludik Şefçikinin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisdə olub. SİA-nın məlumatına görə, ilk olaraq Milli Məclisin inzibati binası ilə tanış olan qonaqlar daha sonra parlamentin Beynəlxlaq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovla görüş keçiriblər. Görüş zamanı çıxış edən Səməd Seyidov Azərbaycan - Çexiya dostluq münasibətlərindən danışıb. S.Seyidov bildirib ki, komitə həmçinin Azərbaycan - Çexiya dostluq qrupuna rəhbərlik edir.
Çexiya və Azərbaycan arasındakı əlaqələrin yüksək səviyyədə qurulduğunu deyən komitə sədri yaxında Çexiya spikerinin Azərbaycana səfərini də xatırladıb. O bildirib ki, spikerlər arasında əlaqələr təkcə dostluq səviyyəsində deyil, həm iqtidsadi, həm mədəni, həm də təhsil sahəsində yüksək səviyyəli qurulub. S.Seyidov vurğulayıb ki, Azərbayanda Bakı Slavyan Universitetində çex dili, mədəniyyəti öyrədilir. Daha sonra komitə sədri qonaqları komitənin digər üzvləri ilə tanış edib. O bildirib ki, özü Yeni Azərbaycan  Partiyasının üzvüdür, Qənirə Paşayeva isə müstəqil deputat kimi çıxış edir, Asim Mollazadə isə müxalifəti təmsil edir. S.Seyidov qeyd edib ki, hər üçü növbəti parlament seçkilərində iştirak etmək niyyətindədirlər. Noyabrda keçiriləcək seçkilər mühüm bir hadisəyə çevriləcək deyən komitə sədri onlara işlərində uğurlar arzulayıb.

Daha sonra çıxış edən Ludik Şefçikin ilk növbədə  qarşılamaya görə minnətdarlığını bildirib. Qonaq bildirib ki, o, Senat Komitəsinin Avropa Birliyinin Xarici İşlər şöbəsinin üzvüdür. L.Şefçikinin sözlərinə görə, iki dövlət arasında olan münasibətlər əsl iki ölkə arasında olan münasibətlər səviyyəsində qurulub. Səfərin məqsədi Çexiya Respublikasının Azərbaycanı özünə proritet ölkə kimi seçməsidir. L.Şefçikin "Biz xarici siyasətimizi Şərqə yönəltməkdən məmnunluq duyuruq",-deyə vurğulayıb. Qonaq həmçinin bildirib ki, onları buraya cəlb edən yalnız enerji və neft zənginliyi deyil, həm də dostluq və əməkdaşlıqdır. "Ölkələr arasında olan dostluq, yoldaşlıq münasibətləri uzunmüddətli olduğundan biz də bu ənənəyə sadiq olaraq iki ölkə arasındakı münasibətləri genişləndirmək niyyətindəyik", - deyə o əlavə edib. O, Azərbaycanın Ermənistanla problemi olduğunu, bu problemin tez bir zamanda demokratik çərçivədə həll olunacağına ümid etdiyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə