Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) oktyabrın 10-da mitinq keçirməyi planlaşdırır. SİA-ya bu haqda məlumat verən AXCP-nin sədri Fuad Qəhrəmanlı dünən partiyanın Reyasət Heyətinin toplantısında mitinqin Müsavat Partiyası ilə birgə keçirilməsi barədə qərarın qəbul edildiyini bildirib. F.Qəhrəmanlı artıq Müsavat partiyası ilə də ilkin razılığın əldə olunduğunu qeyd edib.
Onun sözlərinə görə, həmin gün eyni zamanda partiyanın Ali Məclisinin iclası keçiriləcək. Müraciətin hazırlandığını və bu gün Bakı şəhər İcra Hakimiyyətinə təqdim ediləcəyini söyləyən AXCP-nin sədr müavini mitinq keçirilməsi üçün nəzərdə tutulan yerlər arasında partiyanın V qurultayının keçirildiyi "Təbriz" kinoteatrın qarşısının da olduğunu deyib. O, həmçinin Füzuli və Fəvvarələr meydanlarının, Nərimanov kinoteatr və Bakı şəhər İcra Hakimiyyətinin qarşısının da nəzərdən keçirildiyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB