Fәlәstinin sülh danışıqlarından çıxacağı ilә bağlı xәbәrdarlığı da, ABŞ-nın tәzyiqlәri dә bir fayda vermәdi. SİA-nın məlumatına görə, belә ki İsrail, İordan çayı sahilindәki Yәhudi yaşayış mәskәnlәrinin tikilmәsinә qoyulan qadağanın müddәtini uzatmadı.
Qeyd edәk ki, yeni tikinti işlәrinә qoyulan qadağanın müddәti ötәn gecә başa çatıb. Yәhudi sakinlәr isә bunu mәmnuniyyәtlә qarşılayıblar. 10 ay davam edәn qadağa qәrarının müddәtinin uzadılmamasına baxmayaraq İsrailin baş naziri Binyamin Netanyahu bir il әrzindә tarixi bir sülh sazişi imzalamaq hәdәfindәn yayınmadıqlarını bildirib.
Tikintinin mәhdud әrazidә reaşllaşdırılacağını ifadә edәn Netanyahu, göstәrilәn reaksiyanı azalatmaq üçün Yәhudi sakinlәrdәn mediadan uzaq olmalarını vә tәhrikçi fәaliyyәtdәn imtina etmәlәrini istәyib.
Fәlәsdin dövlәt rәhbәri Mahmud Abbas isә bildirib ki, Әrәb liderlәrilә mәslәhətsiz danışıqlardan çıxmaq barәdә qәrar qәbul etmәyәcәk. Abbas daha әvvәl bәyan etmişdi ki, sülh danışıqlarının davam etdirilmәsi üçün İsrail tәrәfi yeni mәskәnlәrin tikintisini dondurmalıdır.
Netanyahu son vәziyyәtlә bağlı olaraq Amerikalı, Misirli vә İordaniyalı liderlәrlә görüş keçirib. ABŞ dövlәt katibi Hillari Klinton ilә Netanyahu arasında iki dәfә telefon danışığı olub.
Qeyd edәk ki, İordan çayı sahili vә şәrqi Qüdsdә beynәlxalq hüquqa zidd olaraq tikilәn 100-dәn artıq mәrkәzdә 430 min Yәhudi sakin yaşayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB