Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə "Vətən Uğrunda!" Səyyar Təbliğat Dəstəsi cəbhə bölgəsində əsgərlərlə növbəti görüş keçirib. SİA-nın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, hərbi qulluqçularla keçirilən görüşlərdə şəxsi heyətin mənəvi-psixoloji durumu, sosial-məişət şəraiti, tibbi xidməti, qidalanması və digər mövzularda söhbətlər aparılıb. Səyyar Təbliğat Dəstəsinin texniki təbliğat vasitələrinin imkanlarından istifadə edilməklə ön xətdə yerləşən hərbi qulluqçular üçün musiqi nömrələri və hərbi-vətənpərvərlik mövzusunda filmlər nümayiş edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB