"Generalların Bakı görüşü əslində ikitərəfli münasibətlərin inkişafından xəbər verir" AÇIQLAMA

"Generalların Bakı görüşü əslində ikitərəfli münasibətlərin inkişafından xəbər verir" AÇIQLAMA

“Sentyabrın 7-də Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətilə görüşüb. Bu səfər hər iki ölkə üçün əhəmiyyətli və vacibdir”. Bu sözləri SİA-ya açıqlamasında QHT sədri, internet media eksperti Səbuhi Abbasov deyib.

Onun sözlərinə görə, Rusiya ölkəmizin strateji tərəfdaşıdır: “Generalların Bakı görüşü əslində ikitərəfli münasibətlərin inkişafından xəbər verir. Azərbaycan son 15 ildə həm siyasi, həm də iqtisadi cəhətdən regionda liderliyini qoruyub saxlayır. Bundan başqa Prezident İlham Əliyevlə həmkarı Vladimir Putin arasında sıx və səmimi münasibətlər var. İki ölkə arasında olan iqtisadi dövriyyə ilbəil artmaqdadır. Hərbi sahədə isə ölkəmiz Rusiya ilə geniş əməkdaşlıq edir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Rusiya XİN rəsmi mövqe ortaya qoyub, ölkəmizin ərazi bütövlüyünü "de-fakto" və "de-yure" tanıyıbdır. Rusiya da çox gözəl dərk edir ki, sülhün əldə olunmaması Ermənistanın pozuculuq siyasəti ilə bağlıdır. Bu görüşdə də ölkələrimiz arasında olan münasibətlərin bütün tərəflərinə toxunuldu. Hesab edirəm generalın rəsmi səfəri zamanı ölkəmizdə olan hərbi vəziyyətlə yaxından tanış olması gələcək addımların düzgün qiymətləndirilməsində mühüm rol oynayacaq”.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə