46 saylı Şirvan Seçki Dairəsində seçkilərə qatılmış Azay Quliyevin namizədliyi sentyabrın 27-də qeydə alınıb. Bu barədə məlumat SİA-ya A.Quliyevin seçki qərargahından verilib.
A.Quliyevin seçki qərargahının rəhbəri Əli Mirzəyev şirvanlı seçicilərin öz deputatlarına böyük ruh yüksəkliyi və məmnuniyyətlə imza verdiklərini bildirib. "Qeydiyyat üçün zəruri olan bu imzaları Şirvan şəhərinin ən müxtəlif küçə və məhəllələrindən topladıq. Döydüyümüz hər qapının arxasında deputat Azay Quliyevdən razılıq edən insanlarla qarşılaşdıq. Onlar A.Quliyevin Şirvan və şirvanlılar üçün çox işlər gördüyünü dilə gətirirdilər. Əminik ki, namizədimiz keçən seçkilərdə olduğu kimi, bu seçkilərdə də böyük səs çoxluğu ilə öz rəqiblərinə qalib gələcək", - Azay Quliyevin seçki qərargahının rəhbəri Ə.Mirzəyev deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB