“Artıq siqaret çəkənlər müəyyən məbləğdə cərimələr ödəyəcəklər” - Açıqlama
"Siqaret çəkmənin məhdudlaşdırılması haqqında" qanun layihəsinin müzakirəsi Milli Məclisin Sosial siyasət komitəsinin payız sesiyasında iş planına salınıb. Qanun layihəsi noyabr və ya dekabrda komitədə müzakirə olunduqdan sonra Milli Məclisə təqdim ediləcək. Artıq Milli Məclis rəhbərliyi də bu qanun haqqında müsbət fikirdədir və belə bir qanunun qəbul olunması lazımlı, gərəkli hesab edirlər". Bu fikirləri SİA-ya açıqlamasında Sosial siyasət komitəsinin üzvü Musa Quliyev deyib. O, qanunun uzun müddət qəbul olunmamasına da aydınlıq gətirib. M.Quliyevin sözlərinə görə, bu elə qanundur ki, qəbul olandan sonra mütləq işləməlidir. İşləmədiyi halda qanunun hörmətdən, diqqətdən düşəcəyini deyən millət vəkili bildirib ki, belə olan halda böyük bir proyekt itirilə bilərdi: "Cəmiyyətin müəyyən təbəqələrində siqaretin zərərli təsirləri, gənclərin və uşaqların bu pis vərdişdən azad olunması haqqında informasiyalar olmalıdır. Bununla bağlı müəyyən təşkilatlar kifayət qədər işlər görüblər və cəmiyyət artıq buna hazırdır".
Burada əsas problemlərin nədən ibarət olmasına münasibət bildirən M.Quliyev vurğulayıb ki, orada məsələ siqaret çəkənlərə qarşı kimin nəzarət aparması və qanunun pozulmasında nəzarət kimə tapşırılmalıdır. Onun sözlərinə görə, bununla bağlı səsləndirilən müxtəlif təkliflərdə həm müsbət, həm də mənfi tərəflər var idi.
"Uzun müzakirələrdən sonra Avropa, Türkiyə təcrübəsini öyrəndik və qərara gəldik ki, burada nəzarət bələdiyyələrə və Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinə verilsə daha yaxşı olar. Hər bir rayonda gigiyena-epidemiolgiya mərkəzi fəaliyyət göstərir və onların işçiləri bütün iaşə obyektlərində sanitar-gigiyenik normaları yoxlayır, daima nəzarətdə saxlayırlar. Bu da elə sağlamlıqla bağlıdır.
Bələdiyyələr də hər bir rayonun ərazisini kifayət qədər tanıyırlar. Onlar bu cərimələrdən öz büdcəsinə müəyyən faizlər götürə bilər və bu onlar üçün maraqlı olar. Bütün bunları nəzərə alaraq razılığa gəldik ki, nəzarət bələdiyyələrə və Səhiyyə Nazilriyinə verilsin. Amma bu da hələki konkret və ya son deyil", - deyə o əlavə edib.
Daha sonra millət vəkili qeyd edib ki, digər bir məsələ cərimələrin məbləği ilə bağlı idi. Onun sözlərinə görə, siqaret çəkən adama nə qədər cərimə tətbiq olunmalıdır ki, bu işləyən bir cərimə sanksiyası olsun: "İnzibati Xətalar Məcəlləsində 18 yaşa qədər uşağın siqaret satmasına görə 5 manatdan 20 manata qədər cərimə nəzərdə tutulub. Amma yeni qanun layihəsi ilə o məbləğdə cərimə sanksiyası tətbiq olunsa, bəzi adamlar iaşə obyektlərinə keçən kimi pulu verəcək ki, bunu götür, amma mən siqaretimi çəkirəım. Lakin bu cərimələr elə məbləğdə olmaldır ki, onlar ödənilə bilsin. Fiziki şəxlər üçün bu cərimələrin təxminən 50 manat məbləğində olması normaldı. Hüquqi və ya vəzifəli şəxslər isə qadağan olunmuş yerlərdə siqaret çəkdiklərinə görə, 200-300 manat arasında cərimə ödəyəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB