Müdafiə naziri “MSPO-2017” sərgisində

Müdafiə naziri “MSPO-2017” sərgisində

Polşa Respublikasında səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov Kielce şəhərində keçirilən “MSPO-2017” beynəlxalq müdafiə sənayesi sərgisində iştirak edib. SİA-nın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Azərbaycan nümayəndə heyəti sərgidə nümayiş etdirilən hərbi və müdafiə təyinatlı məhsullara baxış keçirib, müxtəlif ölkələrin müdafiə sənayesi şirkətlərinin silah, texnika və hərbi avadanlıq istehsalı sahəsində əldə etdikləri nailiyyətlərlə tanış olub.

Bütün xəbərlər Facebook səhifəmizdə