YUNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Moskvada beynəlxalq konfransda iştirak edir

YUNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Moskvada beynəlxalq konfransda iştirak edir
Moskvada YUNESCO-nun azyaşlı uşaqların təhsili və tərbiyəsi üzrə beynəlxalq konfrans keçirilir. SIA-nın məlumatına görə, tədbirdə YUNESCO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da iştirak edir.

Konfransın məqsədi dünya uşaqlarının hüquqlarının və maraqlarının qorunması, azyaşlıların təhsili və tərbiyəsi sahəsində siyasətin inkişafı, natamam ailələrdən və cəmiyyətin sosial cəhətdən müdafiəsiz təbəqəsindən olan uşaqların inkişafı və təhsili üçün münasib şəraitin yaradılmasıdır.

Tədbirə YUNESCO-nun baş direktoru İrina Bokova, Moskva meri Yuri Lujkov, Rusiyanın təhsil və elm naziri Andrey Fursenko da qatılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə