"İrəli" İctimai Birliyinin "Media Akademiyası" layihəsi çərçivəsində növbəti dərs həftəsinə yekun vurulub. SİA-nın məlumatına görə, akademiyanın qonağı "SOS" Uşaq kəndinin PR mütəxəssisi, tanınmış teleaparıcı İlhamiyyə Rzayeva olub.
"Media virusu" haqqında tələbələrlə fikirlərini bölüşən İ.Rzayeva sözügedən virusun digərlərindən fərqli cəhətlərindən danışıb: "Media virus"u adətən hər hansı bir hadisəni bəsitləşdirmək və cəmiyyətin diqqətini hadisədən yayındırmaq üçün nəzərədə tutulur. Bu cür üsullardan istənilən bir məhsulun satılmasında, qeyri-adi hadisələr zamanı istifadə olunur".
Daha sonra pedaqoq Mahirə Sadıqova protokol jurnalistikası, qarşılıqlı qurulan diplomatik, hərbi, strateji əlaqələr barədə tələbələrə məlumat verib. Hüquq elmləri namizədi, media hüququ üzrə mütəxəssis Vüsal Quliyev isə seçki hüququndan, məlumat azadlığından və şəxsi toxunulmazlıq haqqında Akademiya iştirakçılarına treninq keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB