Ermənistanın kriminogen vəziyyəti İtaliyanın Siciliyasına bənzədildi FOTO
1in.am: "Bu, mövcud hakimiyyət sisteminin fəaliyyətinin ağır nəticəsidir”
Bir neçə gün öncə Ermənistanın paytaxtında baş verən və qanla nəticələnən insident ölkə mediası və ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Daha dəqiq desək, Yerevanın Erebuni adminsitrativ rayonu ərazisində fəaliyyət göstərən “Weekend” bilyard klubunda bir qızı girov götürən şəxs snayper atəşi nəticəsində qətlə yetirilib və hadisənin bu cür nəticələnməsi, cinayətkarın diri olaraq ələ keçirilməməsi kəskin müzakirə obyektinə çevrilib. Erməni mətbuatı yazır ki, baş verən hadisə bir daha ölkədə kriminogen vəziyyətin nə qədər kəskin şəkildə artığının məntiqi göstəricisidir. Belə ki, ölkədəki rəsmi statistika da sübut edir ki, ötən illə müqayisədə ağır cinayətlərin sayı dəfələrlə artıb.
Cinayətlərin "keyfiyyəti təkmilləşdirilib", qətl, linçetmə halları böyük masştabda artıb
Hətta Ermənistandakı kriminogen durum dünyanın bir çox cinayətkar qruplarını birləşdirən və mafiozlar şəhəri kimi tanınan İtaliyanın Siciliyası ilə müqayisə olunmaqdadır. SİA xəbər verir ki, bu fikirlər Ermənistanın “Birinci informasiya” (1in.am) saytının rusdilli analitik bölməsindəki təhlil yazısında vurğulanır. “Rəsmi statistika şahidlik edir ki, öötən illə müqayisədə ağır cinayətlərin sayı kifayət qədər artıb. Əgər bu belədirsə, cinayətlərin “keyfiyyəti təkmilləşdirilib” və qətl, heç bir qanuna əsaslanmayan, özbaşına qərarlarla linçetmə halları o qədər masştablı xarakteri alıb ki, son aylar Ermənistanı haqlı olaraq Siciliya ilə müqayisə edirlər”-deyə adıçəkilən saytın analitik bölümündə qeyd edilir.
"Ağır cinayətlərin artımı artıq hüquq-mühafizə orqanlarında struktur dəyişikliklərinin baş verməsi reallığını ortaya çıxarır"
Beləliklə, əsas hədəf kimi hüquq-mühafizə orqanları götürülür və polisin bənzər vəziyyətlərdə köməksiz vəziyyəti daha qabarıq görünür. Çünki bu sahədə də kriminal-oliqarxiya yer tutub və cinayətlərin qarşısını ala bilməkdə acizlik göstərir.
Digər tərəfdən isə bildirilir ki, polisin fəaliyyətsizlik hərəkətləri gözlənilən nəticələri verir, ağır cinayətlərin artımı isə artıq hüquq-mühafizə orqanlarında struktur dəyişikliklərinin baş verməsi reallığını ortaya çıxarır.
“Bir neçəə gün öncə PPX alayının komandir müavini yaralanmışdı, bildirmişdik ki, polis rəisi Vladimir Qasparyandan qəti cavabı gözləmək lazımdır”-deyə yazılan analitik yazıda qeyd olunur ki, artıq dünən (avqustun 29-da-R.N.) polis növbəti cinayətkarı “boyevik” serialı ruhunda məhv etdi. SİTAT: “Polisdən isə bildirilir ki, onların alternativ variantları qalmamışdı, çünki bir saata yaxın aparılan danışıqlar nəticəsiz yekunlaşmışdı. Əlbəttə, hüquq müdafiə təşkilatları üçün bu cür arqumentin səsləndirilməsi yetərli deyil”.
Analitik yazının sonunda isə bildirilir ki, əslində, polis rəisi Vladimir Qsparyanın bu cür cavabını kriminal dünyaya, hətta kriminal-oliqarx sisteminə qarşı məhz snayper atəşi kimi qiymətləndirmək lazımdır. “Əlbəttə, bu cür yanaşmalar faciə vəziyyətlərini heç də azaltmır. Kriminilzasiya mühiti cəmiyyətimizdə yeni sürət götürür və bu, mövcud hakimiyyət sisteminin fəaliyyətinin ağır nəticəsidir”,- deyə erməni mətbuatında bildirilir.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB