Türkiyədə 52 nəfər birdən zəhərlənib

Türkiyədə 52 nəfər birdən zəhərlənib

Türkiyə Malatya vilayətinin Darəndə rayonunda vəfat edən şəhər sakini üçün verilən mövlud yeməyindən 52 nəfər zəhərlənib. SİA-nın "Zaman" qəzetinin saytına istinadən verdiyi xəbərə görə, təxminən 100 nəfərin iştirak etdiyi mərasim başa çatdıqdan sonra məclis iştirakçılarından bəzilərində ürək bulantısı və baş hərlənməsi halları meydana çıxıb. Narahat olanlar şəhərdəki müxtəlif xəstəxanalara müraciət ediblər.

 

Malatya vilayətinin səhiyyə nazirliyindən verilən son məlumata görə, xəstəxanalara 52 nəfər müraciət edib. Qeyd edək ki, ambulator müayinədən sonra bəzisi evə buraxılan xəstələrdə ölüm təhlükəsinin olmadığı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə