II Qaregin gizir Mübariz İbrahimovun meyitinin qaytarılması üçün Serj Sarkisyana müraciət edib
Bütün Ermənilərin Katolikosu II Qaregin gizir Mübariz İbrahimovun meyitinin qaytarılması üçün Ermənistan prezidentinə müraciət edib. SİA-nın "ArmeniaToday" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Eçmiədzinin mətbuat xidmətinin rəhbəri Vaqram Melikyan bildirib. O, qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Moskva və bütün Rusiyanın patriarxı Kirill vasitəsilə II Qareginə müraciət edərək, bu işdə yardım etməsini xahiş edib. Bununla əlaqədar II Qaregin Ermənistan prezidenti Serj Sərkisyanla görüşüb.
Lakin Ermənistan prezidentinin II Qareginə hansı cavabı verdiyi hələlik açıqlanmır.
Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı gizir M. İbrahimov bu il iyunun 18-də Tərtər cəbhəsində Ermənistan Silahlı Qüvvələrinin hücumunu dəf edərkən qəhrəmancasına həlak olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB