Xarici işlər naziri Elmar Məmmədyarov Tacikistanın Azərbaycanda yeni təyin olunmuş səfiri Soli Rüstəm ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Soli Rüstəm etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib.
Səfir ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Elmar Məmmədyarov Soli Rüstəmə diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB