Rusiya hökuməti bu ilin aprel ayında Ermənistana humanitar yardım olaraq 5000 ton taxıl və 1000 ton günəbaxan yağı göndərilməsi qərarı almışdı. SİA-nın məlumatına görə, Ermənistan fövqəladə hallar naziri Armen Yeritsyan bu gün, 24 Sentyabrda keçirilən Nazirlər Kabinetinin iclasında Rusiyada quraqlığa baxmayaraq əsas qida maddələrinin Ermənistana göndəriləcəyi məlumatını verib.
Rusiya sözügedən qida məhsullarının Ermənistanın Dalarik stansiyasına qədər olan nəqliyyat xərclərini ödəyəcək, bundan sonrakı nəqliyyat və yerləşdirmə xərcləri üçün nazir Yeritsyan hökumətdən 12.2 milyon dram (təxminən 32 min dollar) təsisat tələb edib.
Buğda tanınmış işadamı Samvel Aleksanyana aid buğda üyütmə təsisinə yerləşdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB