"Türkiyә ticarәtdә, İordaniya nәqliyyatda, Suriya enerjidә, Livan isә turizmdә mәsul olacaq"
Nyu-Yorkda Türkiyә, Suriya, Livan vә İordaniyanın üzv olduğu "Yüksәk Sәviyyәli Әmәkdaşlıq Şurası" xarici işlәr nazirlәrinin toplantısı keçirilib. İlk dәfә İstanbulda keçirilәn toplantının ikincisi isә Nyu-Yorkdakı Türk Evindә baş tutub.
SİA-nın məlumatına görə, 4 tәrәfli zirvә toplantısında әmәkdaşlığın inkişaf istiqamәtlәri vә yol xәritәsi müәyyәn edilib.
Görüşdәn sonra Şuraya üzv ölkәlәrin xarici işlәr nazirlәri birgә mәtbuat konfransı keçiriblәr. Türkiyәnin xarici işlәr naziri Әhmәd Davudoğlu qeyd edib ki, indiyәdәk keçirilәn toplantılarda ticarәt, turizm, nәqliyyat vә enerji daxil olmaqla 4 әsas sahәdә әmәkdaşlığa dair qәrar qәbul edilib. Әhmәd Davudoğlu toplantıda hәmin qәrar çәrçivәsindә son bir neçә ayda atılan addımların nәzәrdәn keçirildiyini vә müәyyәnlәşdirilәn yol xәritәsinә görә, Türkiyә ticarәtdә, İordaniya nәqliyyatda, Suriya enerjidә, Livan isә turizmdә mәsul olacağını deyib.
Oktyabr-noyabr aylarlında isә adı çәkilәn әmәkdaşlıq sahәlәri üzrә nazirlәrin dә qatılacağı bir toplantı keçirilәcәk, daha sonra qarşılıqlı sәfәrlәr reallaşdırılacaq.
Üzv ölkәlәrin hökumәt rәhbәrlәrinin iştirakı ilә gәlәn ilin yanvarında İstanbulda tәşkil edilәcәk zirvә toplantısında isә Әmәkdaşlıq Şurasının yaradılması rәsmi olaraq elan edilәcәk. "Biz xalqlarımızı vә coğrafiyamızı yenidәn bir araya gәtiririk. Bölgәlәrimizin gәlәcәyi aydın vә işıqlıdır. Әmәkdaşlıq Şurası çәrçivәsindә biz yalnız danışmaqla kifayәtlәnmәyәcәk, әhәmiyyәtli işlәr dә görәcәyik’", deyә Әhmәd Davudoğlu vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB