Rusiya Dağlıq Qarabağ münaqişəsinin süh yolu ilə həlli üçün siyasi imkanlarını genişləndirir. Moskva ən azından hərbi tendensiyanın aradan qadırılması baxımından dini liderlərin nüfuzundan istifadə etməyə çalışır. Sentyabr ayında bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə ilə 2-ci Qaragenin bir araya gəlməsi gözlənilir.
Görüşdə Rusiya katoliqlərinin patriarxi Kril də iştirak edəcək. Artıq hər iki ölkənin dini liderərləri müzakirələrə razılıq verib. Qeyd edim ki, bənzər siyasi addım münaqişənin nizamlanmasında ilk cəhd deyil. Daha öncə də münaqişə tərəflərinin din xadimləri danışıqlar aparsa da nizamlanma prossesində müsbət dinamika müşahidə olunmayıb. Ancaq Rusiya yenidən bənzər formatda müzakirələrə israr edir. Bəs dini liderlərin görüşü nə vəd edə bilər? Məlumdur ki, Dağlıq Qarabağ məsələsində əhalinin sülhə hazırlanması probemin həlli qədər önəmlidir. Görünür Kreml dini liderlərdən iki xalq arasında möcvud olan nifrət hissinin yumşaldımasını istəyir. Lakin Paşazədə və Qaragen müzakirlərinin nəticə verəcəyi inandırıcı deyil. Sülh üçün işğal olunan ərazilərin boşadılması, birinci mərhələdə müəyyən ərazilərin qaytarılması şərtdir. Güman ki, bütün Qafqazın şeyxi də bu amili Qaraqenin diqqətinə çatıdıracaq. Məhz adıçəkilən faktlar yerinə yetirilməyənədək istər prezidentlərin, istərsə də Xarici İşlər Nazirlərinin və ya din xadimlərinin müzakirələri heç bir effekt verməyəcək.
Bütün bunlarla bərabər son iki ayda Rusiyanın Dağlıq Qarabağla bağlı diplomatik gedişlərinin atdığı da bir faktdır. Kremldə konfiliktin hər an təhlükəli istiqamət ala biləcəyi yaxşı dərk edilir. Moskva bunun bariz nümunəsini aprel hadisələrində gördü. Azərbaycan ədaləti sülhə aparacaq istənilən formatda danışıqların aparılmasına hər zaman müsbət yanaşıb. Bakı heç vaxt sülh prossesindən yayınmayıb. Əvəzində müzakirələrin məntiqi nəticə verməsinə ümid edib. İşğala məruz qalan tərəf kimi Azərbaycan üçün imitasiya xatirinə danışıqların təşkili qəbul edilən fakt deyil və bu barədə ali səviyyədə İrəvana eləcə də ATƏT-in Minsk Qrupuna xəbərdarlıq edilib. Danışıqlarının intensivləşdirilməsi ilə paralel lazımı addımların atılması da vacibdir.
Hələlik isə Kreml sadəcə sülh prossesinə impuls verməyə çalışır. Yaxın zamanlarda Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının liderlərinin bir araya gəlməsi yüksək ehtimallar sırasındadır. İndiki halda Rusiyanın baxış tərzi getdikcə maraq doğurur. Kreml öz yanaşma tərzi ilə diqqətləri üzərinə çəkə bilib. Əsas məqam yenə də nəticədir. Daha doğrusu ədalətli nəticə.
İ.Məmmədov.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB