"Myanmada baş verənlər dünyadakı ikili standartlığın nümunəsidir" MÜNASİBƏT

"Myanmada baş verənlər dünyadakı ikili standartlığın nümunəsidir" MÜNASİBƏT

“Myanmada gedən proses müsəlmanlara qarşı soyqırımıdır”. Bunu SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

O bildirib ki, ermənilər olmayan bir hadisəni qondarma soyqırım adlandırıb bəzi ölkələrə tanıtdıra bilsə də, Myanmada müsəlmanlara qarşı törədilən soyqırımına qarşı hansısa sanksiyalar qəbul edilmir: “ Myanmada baş verənlərin məhz müsəlmanlara qarşı törədildiyi ilə bağlı faktlar olmasına baxmayaraq, heç bir beynəlxalq təşkilat bunu soyqırımı kimi tanımır”.

İ. Vəlizadə qeyd edib ki, həm dünya ölkələri, həm də BMT Myanmada baş verənlərə hüquqi qiymət verməlidir: “Təbii ki İslam Əməkdaşlıq Təşkilatı toplantı qurub qərar qəbul edə bilər. Lakin çox təssüf ki, bu qərar təsirli olmayacaq. Bu baxımda da düşünürəm ki, beynəlxalq təşkilatlar bəyanat verməklə yanaşı, əməli tədbirlər görməlidirlər”.

Politoloqun sözlərinə görə, Myanmada baş verənlərin qarşısını almaq üçün hətta lokal hərbi əməliyyatların keçirilməsinə zərurət var: “ Baxmayaraq ki, Liviyada, İraqda, və Əfqanıstanda heç bir soyqırımı faktı yoxdur, lakin orada hərbi əməliyyatlar keçirilir. Myanmada yüzlərlə insan tələfatı faktı göz qabağında olsa da, məsələ ilə bağlı heç bir ölçü götürülmür. Təbii ki bütün bunlar dözülməz, dünyada ikili standartlığın nümunəsidir. Bu məsələ xüsusilə də xrsitian ölkələrinin biganə yanaşmasından irəli gəlir”.

Məlumat üçün nəzərinizə çatdıraq ki, artıq bir neçə gündür ki, Myanmanın Arakan bölgəsində müsəlman əhaliyə qarşı silahlı təzyiq göstərilir. Hadisələr nəticəsində 100-lərlə insanın öldüyü deyilir. BAş verənlərdən qaçan müsəlmanların Banqladeş sərhəddindəki qaçqın düşərgələrinə sığındıqları deyilir.

Xatırladaq ki, Arakan müsəlmanları 2012-ci ildən Myanma hökuməti tərəfindən sıxışdırılır, kütləvi şəkildə qırğınlara məruz qalırlar.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə