"Yeni həmsədr problemin həllinə impuls verə bilər" AÇIQLAMA

"Yeni həmsədr problemin həllinə impuls verə bilər" AÇIQLAMA

“ATƏT-in Minsk qrupunun yeni amerikalı həmsədrinin fəaliyyətə başlaması Dağlıq Qarabağ münaqişəsinin həllinə yeni ab-hava gətirəcək”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Yeni həmsədrin pozitiv təkliflər irəli sürdüyünü deyən politoloqun fikrincə, bu təkliflər problemin həllinə impuls verə bilər: “Təbii ki, bütün həmsədrlər öz ölkələrinin mövqeyini irəli sürürlər. Bu baxımdan da amerikalı həmsədr ABŞ-ın yeni, əvvəlkindən xeyli fərqlənən mövqeyini irəli sürəcək. Bildiyiniz kimi hazırda Amerika tamamilə fərqli bir mövqe ilə çıxış edir. Bu mövqe bizi tam şəkildə qane etməsə də, erməniləri tamamilə qane etməyən bir mövqedir. Bu baxımdan bunu irəliyə doğru atılmış addım hesab etmək olar”.

Q.Hüseynli qeyd edib ki, ABŞ-ın hazırki mövqeyi xeyli şəkildə obyektivliyə yaxındır.

Politoloq rusiyalı həmsədrin dəyişilməsinə ehtiyac olduğunu dilə gətirib: “Artıq 10 ilə yaxındır ki, rusiyalı həmsədr dəyişilmir. Hazırda onun dəyişilməsinə ehtiyac var. Çünki, indiki məqamda müzakirələr prosesində “tormozlayan” tərəf Rusiya və onun həmsədridir”.

Məlumat üçün nəzərinizə çatdıraq ki, ATƏT-in Minsk qrupunun ABŞ-dan olan yeni həmsədri Endrü Şoferin bu gündən vəzifəsinin icrasına başlayıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə