Təbriz və İstanbul şəhərlərinin qardaşlaşması rəsmiləşdirilib

Təbriz və İstanbul şəhərlərinin qardaşlaşması rəsmiləşdirilib
Yerli mətbuat İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətinin rəhbəri Əlirza Beygiyə istinadla xəbər verir ki, Təbriz və İstanbul şəhərlərinin qardaşlaşması rəsmiləşdirilib. SİA-nın məlumatına görə, bu barədə müvafiq sənəd Ə.Beyginin bir neçə gün əvvəl başa çatan Türkiyəyə səfəri zamanı İstanbulda imzalanıb. Sənəddə göstərilir ki, yaxın vaxtlarda İstanbulda "Təbriz həftəsi" təşkil ediləcəkdir. İki qardaş şəhərin tarixi əlaqələrindən bəhs edən vilayət rəhbəri əminliklə qeyd edib ki, münasibətlər bundan sonra daha sürətlə inkişaf edəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə