Mahmud Əhmədinejad: "Tibbi rekator üçün nüvə yanacağı versinlər, uranın zənginləşdirilməsini dayandıraq"

Mahmud Əhmədinejad: "Tibbi rekator üçün nüvə yanacağı versinlər, uranın zənginləşdirilməsini dayandıraq"

İran prezidenti Mahmud Əhmədinejad böyük ölkələrin tibbi araşdırmalar üçün nüvə yanacağı göndərəcəyi təqdirdə uranın zənginləşdirilməsi proqramını dayandıracaqlarını deyib. SİA-nın mılumatına görə, Nyu-Yorkda jurnalistlərə açıqlama verən Əhmədinejad bildirib ki, böyük ölkələr tibbi izotopların istehsal edildiyi Tehrandakı reaktora nüvə yanacağı verməyi rədd edirlər, İran da bu səbəbdən uranı zənginləşdirməyə məcburdur: "Bizə tibbi araşdırmalar üçün lazım gələn nüvə yanacağı verildiyi zaman uranın zənginləşdirilməsini dayandıracağıq".

İrana edilən təzyiqlərin əks effekt verdiyini və Tehranın daha məhsuldar nəticə əldə etməsinə töhfə verdiyini söyləyən Əhmədinejad qeyd edib ki, müzakirələr ancaq qarşılıqlı sayğı çərçivəsində faydalı ola bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə