Əfqanıstanda keçirilən hərbi əməliyyatlarda 30 "Taliban"çı öldürülüb

Əfqanıstanda keçirilən hərbi əməliyyatlarda 30 "Taliban"çı öldürülüb

Əfqanıstanda koalisiya qüvvələrinin həyata keçirdiyi əməliyyatlar və "Taliban"ın hücumları davam edir. SİA-nın məlumatına görə, ölkənin şərqində "Taliban" militanlarının hücumunda 2 NATO əsgəri ölüb. Eyni bölgədə Əfqanıstan hərbi qüvvələri ilə NATO-nun birgə əməliyyatında da 30 "Taliban" terrorçusu öldürülüb.

NATO keçirilən əməliyyatda mülki vətəndaşların ölmədiyini açıqlayıb.

Pakistan sərhədi yaxınlığındakı Hos vilayətində keçirilən başqa bir əməliyyatda isə Əfqanıstan yetkililərinə yönəlik hücumlarda iştirak edən "Hakkani" təşkilatının bir komandanı yaxalanıb.

Bu arada, NATO "Taliban"la bağlantıları olduğu arqumentilə həbs edilən 3 jurnalisti Əfqanıstan prezidenti Həmidf Karzayinin çağırışı və mediadakı təpkilərdən sonra sərbəst buraxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə