Azərbaycan İslam Konfransı Təşkilatının 13-cü sammitinin Bakıda keçirilməsini təklif edib
Azərbaycan 2014-cü ildə İslam Konfransı Təşkilatının (İKT) 13-cü sammitinin Bakıda keçirilməsini təklif edib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu barədə Nyu-Yorkda İKT-nin üzvü olan dövlətlərinin xarici işlər nazirlərinin illik görüşündə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov adından oxunan çıxışda bildirilir.
E.Məmmədyarov nazirlər səviyyəsində görüşlər də daxil olmaqla bir sıra İKT tədbirlərinə uğurla ev sahibliyi edən Azərbaycanın bu sahədə təcrübəsi nəzərə alınaraq, İKT dövlətlərinin hökumətlərindən ölkəmizin təşəbbüsünün dəstəklənməsini xahiş edib. Onun fikrincə, tədbirin Bakıda keçirilməsi Xəzər, Qara dəniz və MDB regionlarında İKT-nin rolunu və təsirini artıracaq: "Azərbaycan İslam ölkələrinin maraqlarına dəstək verən ölkə kimi, BMT-nin Baş Məclisinin 2011-ci ildə 66-cı sessiyası zamanı keçirilməsi nəzərdə tutulan seçkilərdə Azərbaycanın 2012-2013-cü illər ərzində BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyinin İKT üzvü olan dövlətlər tərəfindən dəstəklənəcəyinə inanır".
E.Məmmədyarovun çıxışında İslam ümməti və İKT-nin Baş katibi Ekmaləddin İhsanoğluya Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiklərinə görə təşəkkür də edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB