Cari ilin 24 avqust tarixində, iqamətgahı Braziliya şəhərində olmaqla, Azərbaycan Respublikasının Surinam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov Surinam Respublikasının Milli Assambleyasının spikeri, xanım Cennifer Qirlings-Simonsla (Jennifer Geerlings-Simons) görüş keçirib.
SİA-nın verdiyi məlumata görə, görüşdə, ikitərəfli Parlamentlərarası münasibətlər, müasir dövrdə parlament diplomatiyasının ikitərəfli münasibətlərdəki rolu, hökumətlərarası qarşılıqlı səfərlərin təşkil edilməsinin mümkünlüyü və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib.
Tərəflər, ölkələr arasında əlaqələrin genişləndirilməsində böyük potensialın olduğunu və bu sahədə qanunverici orqanların xüsusi rolu olduğunu qeyd ediblər.
Sonda, Səfir Elxan Poluxov Surinam Respublikası Milli Assambleyasının xatirə kitabını imzalayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB