Azərbaycan Xalq Cəbhəsi Partiyasının V Qurultayı işinə başlayıb
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) V Qurultayı işinə başlayıb. SİA-nın məlumatına görə, Qurultayın açılışında çıxış edən AXCP sədri Əli Kərimov partiyanın 80 rayon təşkilatından 526 səlahiyytəli nümayəndənin seçildiyini, onlardan 475-nin qurultayda iştirak etmək üçün qeydiyyatdan keçdiyini bildirib. Səlahiyyətli nümayəndələrin sayının qurultaya başlamaq üçün imkan verdiyini deyən sədr qeydiyyatın davam etdiyini bildirib.
Qurultayda ilk olaraq Ə.Kərimov, Həsən Kərimov və Gözəl Bayramlıdan ibarət sədarət heyəti seçilib. Daha sonra 5 nəfərdən ibarət say komissiyası, 3 nəfərdən ibarət mandat komissiyası, 3 nəfərdən ibarət redaksiya heyəti və 3 nəfərdən ibarət Katiblik seçilib. Qurultayın proqramı və reqlamenti təsdiq edilib.
Bundan sonra partiya sədri Ə.Kərimov ötən qurultaydan indiyə kimi dövrlə bağlı hesabatını təqdim edib. Proqrama görə, qurultayda partiya Ali Məclisi və Nəzarət Təftiş Komissiyasının hesabatları dinləniləcək, AXCP-yə sədr seçkisi keçiriləcək, Ali Məclisin tərkibinin təsdiqi və tərkibinin 50 fazi genişləndirilməsi məsələsinə baxılacaq, Nəzarət Təftiş Komissiyasına seçkilər keçiriləcək.
Qurultay davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB