Milli Məclisin payız sessiyasında 34 məsələ müzakirəyə çıxarılacaq

Milli Məclisin payız sessiyası sentyabrın 30-da işə başlayacaq. SİA-nın məlumatına görə, sentyabrın 30-u və oktyabrın 8-də keçirilən iclaslarda 34 məsələ müzakirəyə çıxarılacaq. İclasların gündəliyinə dövlət büdcəsinə daxil olan sənədlərin müzakirəsi, inzibati ərazi bölgüləri, vergi siyasəti, qanun layihələri, ali təhsil haqqında qanun layihələri, eləcə də bir sıra qanulara əlavə və dəyişikliklər daxildir. Bundan əlavə sessiya müddətində bir sıra beynəlxalq sazişlərin təsdiqi, Azərbaycan hökuməti ilə bir sıra ölkələr arasında mövcüd olan sənədlərin ratifikasiyası nəzərdə tutulub.

Qeyd edək ki, payız sessiyası dövründə ümumilikdə 12 qanun müzakirəyə çıxarılacaq. Sessiya növbəti parlament seçiklərinin təbliğat-təşviqat mərhələsinədək işini yekunlaşdıracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...