Filip Qordon: "Türkiyə BMT sanksiyalarına əməl etmək niyyətini açıq şəkildə ortaya qoyub" - MÜNASİBƏT

Filip Qordon: "Türkiyə BMT sanksiyalarına əməl etmək niyyətini açıq şəkildə ortaya qoyub" - MÜNASİBƏT

ABŞ dövlət katibinin müavini Filip Qordon Türkiyənin İrana qarşı BMT sanksiyalarına əməl etdiyini söyləyib. SİA-nın məlumatına görə, ABŞ təmsilçisi Nyu-Yorkda keçirdiyi mətbuat konfransında bildirib ki, Türkiyə BMT sanksiyalarına əməl etmək niyyətini açıq şəkildə ortaya qoyub: "Ankaranın buna əməl etdiyinə inanırıq".

 

Qordon BMT toplantıları çərçivəsində Türkiyə ilə "Mavi Mərmərə" basqını da daxil olmaqla bir çox məsələlərlə bağlı ciddi müzakirələr apardıqlarını söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə